Yanvar-mart aylarında dəniz nəqliyyatı ilə 55,3 min ton yük göndərilib

2020.04.29 12:58 (UTC+04:00)

Cari ilin birinci rübündə dəniz nəqliyyatı ilə ümumilikdə 223,1 min tona yaxın yük daşınıb ki, bu yüklərin dəyəri 158,4 milyon ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu dövrdə dəniz nəqliyyatı ilə ixrac olunan 55 min 363 ton yükün dəyəri 22,4 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 167,7 min tondan çox, dəyəri isə 135,9 milyon dollar olub.