Apreldə "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə 1,9 milyon dollarlıq ixrac reallaşdırılıb

2020.04.29 12:43 (UTC+04:00)

Bu ilin aprelində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 1,9 milyon ABŞ dolları olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın aprel sayında bildirilir ki, yanvar-aprel aylarında isə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 39 milyon dollardan çox qeyri-neft ixracı həyata keçirilib.