Birinci rübdə nəqliyyat vasitələri ilə 50,8 milyon ton yük daşınıb

2020.04.29 13:30 (UTC+04:00)

Yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 50,8 milyon ton yük daşınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 0,3 faiz azdır.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 58,8 faizi avtomobil, 31,1 faizi boru kəmərləri, 7 faizi dəmir yolu, 3 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.