Martda ölkəmizə gələn əcnəbilər bank kartları ilə 53,9 milyon manatlıq əməliyyat aparıblar

2020.04.29 11:12 (UTC+04:00)

Bu ilin martında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 53,9 milyon manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir ki, ümumilikdə cari ilin yanvar-mart aylarında Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə apardıqları əməliyyatların dəyəri isə 212 milyon manat olub.