Aprelin 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105008780 ISIN-li, 15 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 85,2598 AZN (17 faiz) və 99,6378 AZN (8,2 faiz) olan 9 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 85,2598 AZN (17 faiz), orta ölçülmüş qiyməti 93,1947 AZN (11,9245 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17.286.900 AZN, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib. İstiqrazlar 2022-ci il aprelin 26-da ödəniləcək.