2020-ci ilin ilk rübündə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 49 milyon 419 min 700 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 2,9 dəfə çoxdur. Verilmiş kreditlərin 7 milyon 264 min 200 manatı və yaxud 14,7 faizi qısamüddətli, 42 milyon 155 min 500 manatı və yaxud 85,3 faizi uzunmüddətli kreditlər olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, 1 aprel 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 86 min 352-yə çatıb. Bunun da 75 min 794-ü və ya 87,8 faizi aktiv hesablardır. 2020-ci ilin ilk rübündə açılmış 9 min 418 bank hesabının 9 min 415-i aktiv hesablar olub.
Muxtar respublikada ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir.
Aprelin 1-nə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1285-ə çatdırılıb.
Naxçıvanda əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində Kapital Bankın Ordubad filialının, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur və Kəngərli rayonlarında inzibati binalarının tikintisi davam etdirilir.