Rusiyada kiçik və orta biznesə subsidiyaların təqdim olunması xidməti istifadəyə verilir

2020.04.28 14:12 (UTC+04:00)

Federal Vergi Xidməti (FVX) may ayının 1-dən kiçik və orta biznesdə çalışan hər işçiyə bir minimal əməkhaqqı məbləğində subsidiya verilməsi üçün ayrıca bir xidməti istifadəyə verəcək. FHN-nin rəhbəri Danil Yeqorov koronavirus şəraitində kiçik və orta biznesin dəstəklənməsinə həsr olunmuş onlayn brifinqdə bildirib ki, bu ödənişlərdən vergi tutulmayacaq.

Hər işçi başına bir minimal əməkhaqqı həcmində (12 min 130 rubl və ya 276,5 manat) ödəniş mart ayı ilə müqayisədə işçilərinin ən azından 90 faizini saxlayan kiçik və orta müəssisələrə veriləcək.

Bundan başqa, FVX öz platformasında şirkətlərə əməkhaqqının ödənilməsi üçün 0 faizlə güzəştli kreditlərin verilməsi məqsədilə yeni bir xidmət artıq istifadəyə verib.