Mərkəzi Bankın qərarları ilə 4 banka müvəqqəti inzibatçılar təyin edilib

2020.04.27 14:25 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunub.

AMB-dən bildirilib ki, qanunvericiliyə uyğun olaraq qeyd edilən bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Bu məsələ ilə bağlı əlavə məlumat veriləcək.