Azərbaycan Mərkəzi Bankı (AMB) depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən bildirilib ki, aprelin 27-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 416,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76 faiz təşkil edib.