Azərbaycan ötən ay 1,8 milyard dollarlıq ticarət əməliyyatları aparıb

2020.04.27 11:47 (UTC+04:00)

Martda Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 1 milyard 807,2 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 849,8 milyon dolları idxalın, 957,3 milyon dolları isə ixracın payına düşüb.