Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 3,7 faizi taksilərdən istifadə edib

2020.04.27 11:22 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 388,3 milyon sərnişin daşınıb və ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalma qeydə alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.