Pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu gündəlik ziyan açıqlanıb

2020.04.25 19:05 (UTC+04:00)

Koronavirus pandemiyası ölkə iqtisadiyyatına böyük məbləğdə ziyan vurur. Bu rəqəmləri tam müfəssəl formada hesablamaq çətindir. Gündəlik itkilər təqribən 120-150 milyon manatdır.

Bu sözləri aprelin 25-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir əlavə edib ki, ehtiyac duyulacağı təqdirdə əlavə dəstək tədbirləri barədə də təhlillər aparılacaq.