İnvestorlardan səhm və istiqrazlarla təkrar bazarda bağlanan əqdlər, habelə repo əməliyyatlarının qeydiyyatı üzrə tariflər tutulmayacaq

2020.04.25 13:17 (UTC+04:00)

Sentyabrın 30-dək investorlardan səhm və istiqrazlarla təkrar bazarda bağlanan əqdlər, habelə repo əməliyyatlarının qeydiyyatı üzrə tariflər tutulmayacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.

Məlumata görə, Milli Depozit Mərkəzinə səhm və istiqrazlarla təkrar bazarda bağlanan əqdlər, habelə repo əməliyyatlarının qeydiyyatı üzrə tariflərin cari il sentyabrın 30-dək investorlardan tutulmaması, Bakı Fond Birjasına isə emitentlərdən korporativ istiqrazlar üzrə listinq tariflərini 2021-ci il yanvarın 1-dək tutulmaması və qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlərin sayının minimallaşdırılması tövsiyə ediləcək.

Qeyd olunan tədbirlər kapital bazarı iştirakçılarının requlyativ yükünü yüngülləşdirməklə investorun tranzaksiya xərclərinin optimallaşıdırılmasını və dövlət qiymətli kağızlar bazarında təkrar bazar əməliyyatlarının daha çevik aparılmasını təmin edəcək.