İnvestisiya şirkətlərinin kapital tələblərinin pozulması olduqda təsir tədbirlərinin görülməsi gələn ilədək uzadılır

2020.04.25 12:55 (UTC+04:00)

İnvestisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə təsir tədbirlərinin görülməsi gələn ilədək uzadılır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.

Bildirilir ki, Mərkəzi Bank tərəfindən koronavirus pandemiyasının kapital bazarı iştirakçılarına yaranmış vəziyyətin mənfi təsirinin azaldılması istiqamətində tədbirlərin həyata keçrilməsi nəzərdə tutulur.

Bu məqsədlə investisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə təsir tədbirlərinin görülməsi 2021-ci il yanvarın 1-dək, investisiya şirkətləri və fond birjası tərəfindən illik audit hesabatların açıqlanması isə bu il sentyabrın 30-dək uzadılacaq. Bununla yanaşı, qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən hesabatların açıqlanması da 1 ay müddətinə uzadılıb.