Hedc fondlarının aktivləri son 6 ildə ilk dəfə 3 trilyon dollardan aşağı düşüb

2020.04.24 19:31 (UTC+04:00)

Hedc fondlarının (Hedge fund) aktivləri son 6 ildə ilk dəfə 3 trilyon dollardan aşağı düşüb.

Qlobal hedc fondlarının aktivləri bazarda müşahidə edilən tənəzzül fonunda 2014-cü ilin aprel ayından bəri ilk dəfə olaraq müştəri və bazar itkiləri səbəbindən 3 trilyon dollardan aşağı düşüb.

"eVestment"in məlumatlarına görə, mart ayında bazardakı tənəzzüllə əlaqədar müştəri və investisiya itkiləri aktivlərin azalmasına təsir edib.

Dünyada hedc fondları tərəfindən idarə olunan aktivlər 2,95 trilyon dollar qiymətləndirilir.