Vergi ödəyicisi VÖEN-ni ləğv etmək üçün nə etməlidir?

2020.04.23 12:05 (UTC+04:00)

Vergi uçotunu ləğv etmək üçün "Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə" və uçota alınmanı təsdiq edən şəhadətnamə poçt vasitəsilə vergi orqanına təqdim edilməlidir. Ərizə və onun doldurulması qaydası ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanları ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən "Asan imza") və ya istifadəçi kodu, parol və şifrə olduqda, vergi uçotu Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə ləğv edilə bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın "Xidmətlər" bölməsinin "E-Xidmətlər" altbölməsindəki "Fiziki şəxsin vergi uçotundan çıxarılması" elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi "Youtube" səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/

Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdir. Bu səbəbdən, əlavə suallar yarandıqda, vergi ödəyicisi qeydiyyatda olduğu vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla bu keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilər: https://bit.ly/2UqPoOc