Üç ayda ölkədə 672 minik avtomobili istehsal edilib

2020.04.22 17:10 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 672 minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, üç ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 112 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7 dəfə artıb.