Aprelin 22-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101579S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 99,4662 AZN (6.9 faiz) və 99,4773 AZN (6.76 faiz) olan 18 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 308,026,300 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99,4773 AZN (6.76 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil edib. Notlar mayın 20-də ödəniləcək.