Birinci rübdə dəmir yolu ilə sərnişindaşıma 50,1 faiz artıb

2020.04.22 14:41 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında dəmir yolu nəqliyyatı ilə 1 milyondan çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərnişindaşımada 50,1 faiz artım olub.

Bundan başqa dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 221 vaqon yüklənib, 352 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 10,3 min ton, qərb istiqaməti üzrə 2,1 min ton, cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib.