Ötən ay dəniz limanlarında 820,5 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

2020.04.22 13:45 (UTC+04:00)

Mart ayında dəniz limanlarında 820,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 785,8 min tonunu tranzit yüklər təşkil edib.

Keçən ay dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı isə 1700 nəfər olub.