Koronavirus pandemiyasının yayılması ilə əlaqədar dünya iqtisadiyyatı ciddi sınaq qarşısındadır. Ayrı-ayrı dövlətlər bu prosesdən daha az itki ilə çıxmaq üçün yollar axtarır, tədbirlər görür. Atılan ciddi addımlardan biri də vergi dərəcələrinin az olduğu ofşor ərazilərdə qeydiyyata alınmış şirkətlərin fəaliyyəti ilə bağlıdır. Bu istiqamətdə radikal tədbirə əl atan Rusiya hökuməti kapital axınının qarşısının alınması məqsədilə xarici hesablara köçürülən gəlirlər üçün verginin dərəcəsini 15 faizə qaldırıb. (https://vergiler.az/news/international/8044.html)
Rusiyadan sonra Danimarka və Polşada da ofşor şirkətlərə münasibət sərtləşdirilib. Danimarka hökumətinin qərarına əsasən, "vergi cənnətlərində" qeydiyyatda olan şirkətlər koronavirus pandemiyasından zərər çəkən şirkətlər üçün hökumətin ayırdığı maliyyə dəstəyindən faydalana bilməyəcək.
Polşa hökuməti də oxşar qərar çıxarıb. Bununla bərabər, ofşor ərazilərdə qeydiyyata alınmış şirkətlər qarşısında ölkədə vergi ödəmək və işçiləri işdən çıxarmamaq şərti də qoyulub.