ABŞ ilə Çin arasında görüşlər davam edir

2019.02.01 19:04 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında ticarət gərginliyi ilə bağlı Çin dövət başçısının müavini Liu He ilə Ağ evdə görüşüb. Görüşdən sonra açıqlama verən D.Tramp qeyd edib ki, Çin Xalq Cümhuriyyətinin dövlət başçısı Xi Jinpinq ona məktub ünvanlayaraq hər iki tərəfin martın 1-dək yeni ticarət sazişinin imzalanması üçün ortaq mövqeyə gəlməyin zəruriliyini bildirib.

D.Tramp rəsmi Pekin ilə böyük bir ticarət sazişi imzalamağa hazır olduğunu vurğulayıb. Bununla belə Çin ilə ABŞ arasında "ticarət müharibəsi"ndə elan edilmiş 90 günlük "atəşkəs" sona yaxınlaşdığı bir zamanda ABŞ Prezidenti yeni ticarət sazişinin imzalanması üçün Çinə daha böyük vaxt veriləcəyini də sözlərinə əlavə edib. Tramp sazişin əldə edilə bilməsi üçün Çinin öz bazarlarını maliyyə xidmətlərinə, istehsalçılara, fermerlərə və digər Amerika şirkətlərinə açmasının lazım gəldiyini, əks halda belə bir sazişin qəbul ediləcəyinin mümkünsüz olduğunu deyib. Çin dövlət başçısının müavini Liu isə Çinin ABŞ-dan gündə 5 milyon ton soya paxlası alacağını bəyan edib.

Mövzu ilə əlaqədar daha ətraflı məlumat üçün: https://vergiler.az/news/international/427.html