Çin Dövlət Şurasının statistika şöbəsinin rəhbəri Xuan Şuxonq bəyan etmişdir ki, hökumət korporativ verginin dərəcəsini aşağı salmaq üzrə beynəlxalq "yarışa" qoşulmayacaq və bu verginin dərəcəsini indiki səviyyədə saxlayacaq. Qeyd edilmişdir ki, 2018-ci ildə ölkədə vergi dərəcələrinin azaldılması sahəsində radikal addımlar atılaraq vergi kimi yığılmalı olan 800 milyard yuandan artıq (118,5 milyard ABŞ dolları) vəsaitdən imtina olunsa da, korporativ verginin dərəcəsinin azaldılması üçün əsas yoxdur. Xuan Şuxonq ölkə parlamentinin illik hesabat iclasının fasiləsində keçirdiyi brifinq zamanı bildirmişdir ki, Çin korporativ verginin dərəcəsini qlobal böhran baş verməzdən əvvəl azaltmışdı və bu, ölkənin iqtisadi tələblərindən irəli gəlirdi.