Birinci rübdə ictimai iaşə dövriyyəsi 279 milyon manat olub

2020.04.21 14:59 (UTC+04:00)

Yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,9 faiz azalaraq 279,3 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,7 faizi hüquqi şəxslərin, 59,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-mart ayları ilə müqayisədə 11,8 faiz azalaraq 112,4 milyon manat təşkil edib.