Peşə hazırlığı kurslarına gedən vətəndaşlara təqaüdlərin ödənilməsi davam etdiriləcək

2020.04.21 18:12 (UTC+04:00)

Ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri Anar Həsənlinin sözərinə görə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb: "Hazırda onlar təqaüdlərini almırlar, amma biz təqaüdlərin verilməsinin mexanizmini hazırlayıb təqdim etmişik və artıq siyahılar da göndərilib. Yaxın vaxtlarda müdavimlər öz təqaüdlərini alacaqlar. İki min nəfərdən çox insanı əhatə edən bu sosial tədbirə 600 min manat vəsait ayrılıb. Peşə hazırlığı kursunda oxuyan şəxslərin hər biri 250 manat təqaüd alacaq. Ailəsində 190 manat üçün müraciət edən şəxs olan müdavimlər də həmin təqaüdü alacaqlar".

Səbuhi TURAN