Vergi orqanlarına müraciətlərin sayı azalıb

2020.04.21 11:58 (UTC+04:00)

Müraciətlərin 49 min 437-si (92,2 faizi) ərizə, 3 min 965-i (7,4 faizi) şikayət, 225-i (0,4 faizi) təklif olub. 24 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Baxılan 49 min 938 müraciətdən 81,5 faizi tam, 0,2 faizi qismən müsbət həll olunub.

Kameral vergi yoxlamaları ilə bağlı faktiki şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 % (93) azalıb.

Birinci rübdə nazirliyin aparatına ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz az – 6474 müraciət daxil olub. Bunlardan 2740-ı (42,3 faizi) ərizə, 3518-i (54,3 faizi) şikayət, 216-sı (3,4 faizi) təklif olub. 24 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

Rüb ərzində vergi orqanlarına daxil olan bütün müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə icra olunub. Vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 1.847 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Vergilər Nazirliyinin aparatında 273 vətəndaş qəbul edilərək müraciətlərinə baxılıb.