Birinci rübdə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 124,1 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə toxuculuq sənayesində 10,5 faiz, geyim istehsalında 10 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 60,7 faiz azalma müşahidə olunub.