"İslahat icmalı"nın xüsusi buraxılışı: Biz birlikdə güclüyük!

2020.04.21 10:34 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İslahat icmalı" koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı kompleks tədbirlərə həsr edilib.

İİTKM-dən bildirilib ki, icmalda pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində ötən müddət ərzində icra edilmiş kompleks tədbirlər – sərəncam, qərar və digər fəaliyyətlər əks olunub. "İslahat icmalı"nda cari tarixə maliyyə mənbələri və xərc istiqamətləri əks olunmuş mübarizə büdcəsinin göstəriciləri çəki və rəqəmlərlə göstərilib. Eyni zamanda, ümumi mübarizə büdcəsinin ölkənin iqtisadi göstəricilərində xüsusi çəkisi ilə bağlı statistik məlumatlar əks olunub. İcmalda xüsusi olaraq, dövlət tərəfindən icra edilmiş tibbi və sosial dəstək tədbirləri, vətəndaşların sağlamlığının qorunması və həssas təbəqələrə edilmiş yardımlar barədə məlumatlar əks olunub.

Qeyd edək ki, geniş ictimaiyyətin görülən tədbirlər barədə operativ məlumatlandırılması məqsədilə mütəmadi olaraq icmalın xüsusi sayları hazırlanacaq