İqtisadi fəal əhalinin sayı 5,2 milyon nəfərə çatır

2020.04.20 18:26 (UTC+04:00)

Aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 191,5 min nəfər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, onlardan 4 milyon 936,4 min nəfərini məşğul əhali təşkil edib.