İlkin məlumatlara görə, bu ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 13 milyard 442,5 milyon manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 1350,2 manatlıq gəlir düşüb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 12 milyard 195,5 milyon manat və ya əvvəlki ilin eyni dövrünə nisbətən 5,8 faiz çox vəsait qalıb.