Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, bu il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 696,4 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 12 milyard 794,9 milyon manatı və ya 81,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 297,8 milyon manat olub və ümumi kredit portfelinin 8,3 faizini təşkil edib.