Üç ayda dövlət büdcəsinin gəlirləri 7,8 milyard manat, xərcləri 5,2 milyard manat olub

2020.04.20 18:03 (UTC+04:00)

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 7 milyard 810,9 milyon manat, xərcləri 5 milyard 254,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 2 milyard 556,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 14 faizi qədər profisit yaranıb.