Yanvarın 28-də 8 saylı Ərazi Vergilər İdarəsinin İmişli rayonu üzrə Vergi ödəyicilərinə xidmət mərkəzində vergi ödəyiciləri ilə növbəti görüş keçirilib. Görüşdə gəlir və xərclərin uçotu, elektron qaimə-fakturaların tətbiqi, muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi və sosial sığorta haqlarının hesablanması məsələləri ətraflı müzakirə edilib. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda yerli investisiyalı hüquqi şəxslərin qeydiyyat prosesinin sadələşdirilməsi istiqamətində edilmiş dəyişikliklərlə bağlı görüş iştirakçıları öz razılıqlarını ifadə ediblər.