İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

2020.04.20 15:29 (UTC+04:00)

Bakı Fond Birjasında (BFB) "İpoteka və Kredit Zamanət Fondu" ASC-nin AZ2043008682 ISIN-li, 30 milyon manat həcmində, 6840 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən bildirilib ki, yerləşdirmə zamanı hərrac qiyməti 1,003.25 AZN olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. İstiqrazlar 2038-ci il noyabrın 27-də ödəniləcək.