Mart ayı üzrə istehlak qiymətləri indeksi açıqlanıb

2020.04.20 16:17 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən bildirilib ki, martda istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 101 faiz, bu ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrünə görə isə 103 faiz təşkil edib.

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi cari ilin martında fevralla müqayisədə 100,2 faiz, yanvar-mart aylarında isə keçən ilin eyni dövrü ilə müqayisədə 102,2 faiz olub.

Mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi fevral ilə müqayisədə 100 faiz, cari ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 101,4 faiz təşkil edib.