Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101479S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 99,4418 AZN (7.22 faiz) və 99,4773 AZN (6.76 faiz) olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 253.871.300 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4601 AZN (6.98 faiz), orta ölçülmüş qiyməti 99,4624 AZN (6.95 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil edib. Notlar mayın 13-də ödəniləcək.