Rusiya Maliyyə Nazirliyi tərəfindən verilmiş rəsmi açıqlamada neftin ucuzlaşması ilə bağlı bir ton neft ixracına tətbiq olunan ixrac vergisinin 87 faiz endiriləcəyi bildirilib.
Nazirliyin açıqlamasında Rusiyada hasil edilən "Ural" markalı neftin bir barelinin qiymətinin 15 martdan 14 aprelə qədər orta hesabla 19 dollar olduğu bildirilib.
Açıqlamada göstərilib: "Hesablamalar əsasında neft ixracı vergisi 2020-ci il may ayının 1-dən hər ton neft üçün 52 dollardan 6,8 dollara endiriləcək".
Qeyd edək ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Rusiyadakı neft şirkətlərinin federal büdcəyə köçürdükləri vergi həcmləri də azalır.