Sahibkar: "Dövlətimiz tərəfindən işçilərimizə göstərilən maddi yardım nəticəsində ixtisarlara getmədik"

2020.04.21 15:33 (UTC+04:00)

Toğrul Eyyubbəyli, "Azersell Eksklyüziv"şirkətinin Şamaxı filialının rəhbəri: Dünyanı bürüyən COVID-19 pandemiyası dövründə dövlətimizin sahibkarlara dəstəyini birbaşa bundan yararlanmış fərdi sahibkar kimi çox yüksək qiymətləndirirəm. Bu dəstək bizim maddi təminatımızı bərpa etmiş, mənəvi cəhətdən də şəffaf mühasibatın faydasını təsdiq edərək işimizi bu istiqamətdə qurmaq üçün əlavə stimul yaratmışdır.

Akif Cavadov, "Kontinent" MMC-nin icraçı direktoru: "Kontinent" MMC Tikinti materiallarının satışı ilə məşğul olur. Karantin müddətində müvəqqəti olaraq, biz də işimizi dayandırmışıq. Buna baxmayaraq, dövlətimiz tərəfindən işçilərimizə göstərilən maddi yardım nəticəsində ixtisarlara getmədik, işçilərin maaşları verildi. Bu, koronavirus təhlükəsi keçəndən sonra işimizi daha tez bərpa edə bilmək üçün böyük zəmin yaradır. Bütün vətəndaşlara, eləcə də sahibkarlara göstərilən dəstəyə və qayğıya görə ölkə başçısına səmimi minnətdarlığımızı bildiririk.