Qərara əsasən, müavinətin məbləği minimum yaşayış məbləği həcmində -190 manat müəyyən edilib. Aprel və may aylarında həmin məbləğ işsiz vətəndaşlara ödəniləcək. Artıq işsiz statusu alaraq birdəfəlik müavinəti əldə etmək üçün işsiz şəxslər e-sosial.az saytında qeydiyyatdan keçməyə başlayıb.
Bəs işsiz şəxs anlayışı kimlərə aiddir? Mövzunu hüquqşünas Şəhriyar Həbilov şərh edir.
İşi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs sayılır. Ölkə üzrə əmək qabiliyyətli yaş 15 yaş hesab edilir və səlahiyyətli qurum Dövlət Məşğulluq Xidmətidir.
Məşğul şəxslərə isə aşağıda göstərilən şəxslər aiddir:
Yaşa görə pensiya və ya müavinət alan şəxslər də dolayısı ilə işsiz kimi qeydiyyata alınmırlar. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 7 aprel 2020-ci il tarixli "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na görə, aşağıdakı şəxslərə 190 manatlıq müavinət verilmir:
Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. İkinci ay üçün ödəmə təkrar yoxlama aparılmaqla status təsdiqləndikdən və ilk ödəmədən 30 gün keçdikdən sonra aparılacaq.
Fərqanə ALLAHVERDİQIZI