Yanvar-mart ayları ərzində informasiya və rabitə müəssisələri 546,6 milyon manatlıq xidmət göstərib ki, onun da 71,7 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 17,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 79,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 40,8 faizi və ya 223,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.