Üç ayda əsas kapitala yönəldilmiş vəsaitin 288,7 milyon manatı yaşayış evlərinin tikintisinə sərf edilib

2020.04.20 12:49 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 57,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, üç ayda əsas kapitala 2 milyard 929,4 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,3 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,1 faiz azalıb. İstifadə olunmuş vəsaitin 2 milyard 21 milyon manatı və ya 69 faizi məhsul istehsalı sahələrinə, 619,7 milyon manatı (21,1 faizi) xidmət sahələrinə, 288,7 milyon manatı (9,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 703,5 milyon manatını və ya 58,2 faizini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 684,3 milyon manatı və ya 57,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.