Azad Əliyev, "İsmayıllı Tikinti-27" ASC-nin sədri: Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirlərinin qarşısının alınması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə pandemiyadan ziyan çəkmiş muzdlu işçilərin əmək haqlarının ödənilməsi məqsədilə ayrılmış yardım paketinə əsasən, müəssisəmizə 8.255 manat 50 qəpik vəsait daxil olub. Vəsait təyinatı üzrə işçilərin əmək haqlarının ödənilməsində istifadə ediləcəkdir.
Pandemiya səbəbindən dünyanın bütün aparıcı dövlətləri çətin iqtisadi dövr yaşayır. Belə çətin bir zamanda cənab Prezidentin sahibkarlara və vətəndaşlara göstərdiyi böyük diqqət və qayğıya görə öz adımdan və kollektivimiz adından cənab Prezidentə təşəkkür edirəm.
İsrafil Zülqədərov, fiziki şəxs: Pandemiyanın yayılması ilə bağlı Azərbaycan dövlətinin vətəndaşının sağlamlığını əsas tutaraq ölkədə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi tədbirləri sahibkarlıq subyektlərini və ümumiyyətlə Azərbaycan iqtisadiyyatını çətin sınaq qarşısında qoyub. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi sərəncam və hökumətimizin qəbul etdiyi sahibkarlara dəstək proqramları sahibkarların bu prosesdən minimum təsir görməsi və vətəndaşların rifahının qorunması üçün müstəsna əhəmiyyət daşıyır.
İqtisadiyyat Nazirliyi tərəfindən kifayət qədər geniş əhatə dairəsi olan iqtisadi dəstək proqramlarının həyata keçirilməsi dövlət-vətəndaş birliyinin təntənəsini nümayiş etdirir.
Sahibkarlara göstərdiyi qayğı və diqqətə görə möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Biz həmişə arxamızda güclü bir dövlətin dayandığına əmin olmuşuq və bu gün bu əminliyimiz daha da artır.