ƏDV-nin qaytarılması

2019.02.01 18:22 (UTC+04:00)

2019-cu ildən marketdən alış-veriş edərkən ödənilən məbləğin müəyyən hissəsi vətəndaşlara geri qaytarılacaq. Bu məlumat qanunvericilikdə necə əsaslandırılıb?

1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir.

Əsas: Vergi Məcəlləsi, 165.5-ci maddə