Üç ayda 141,4 milyon manatlıq tikinti materialları istehsal edilib

2020.04.18 17:58 (UTC+04:00)

Yanvar-mart aylarında tikinti materiallarının istehsalı azalıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, üç ayda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 141,4 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz azalıb.

Tikinti gipsinin istehsalı 39 dəfə, asfalt istehsalı 9,3 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 5,2 faiz, tikinti kərpicinin istehsalı 1,5 faiz artıb.

Sement istehsalı 3 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 5,1 faiz, tikinti əhənginin istehsalı 29,1 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 36,2 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 59,8 faiz azalıb.