Yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 8,5 milyon ton, yük dövriyyəsi isə 1 milyard 773 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 5,5 milyon tonu və ya 65,6 faizi avtomobil nəqliyyatı, 2,1 milyon tonu və ya 24,9 faizi dəmir yolu nəqliyyatı, 807,7 min tonu və ya 9,5 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 17 faizini və ya 1 milyon 450 min tonunu tranzit yüklər təşkil edib.