Üç ayda ət, süd, yumurta və tərəvəz istehsalı artıb

2020.04.18 14:34 (UTC+04:00)

Ötən ilin yanvar-mart ayları ilə müqayisədə cari ilin birinci rübündə diri çəkidə ət istehsalı 3 faiz artaraq 126,6 min ton olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə süd istehsalı 1,7 faiz artaraq 475,6 min ton, yumurta istehsalı 9,7 faiz artaraq 485,3 milyon ədəd, tərəvəz istehsalı 16,1 faiz artaraq 79,3 min ton təşkil edib.