Cari ilin yanvar-mart aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 6 milyard 843,7 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 2 milyard 636,9 milyon dolları idxalın, 4 milyard 206,7 milyon dolları isə ixracın payına düşüb.