Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

2020.04.18 12:33 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında Azərbaycandan MDB ölkələrinə 257 milyon 221 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 69,4 milyon dollar çoxdur.

Üç ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 652 milyon 389 min dollar olub.