Bakı-Tbilisi-Ərzurum kəməri ilə bu il 3 milyard kubmetrədək təbii qaz göndərilib

2020.04.17 18:02 (UTC+04:00)

Birinci rübdə Azərbaycandakı magistral qaz kəmərləri ilə 8 milyard 696 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, üç ayda qaz nəqlinin 34,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 2 milyard 997,4 milyon kubmetr təbii qaz ixrac edilib.