Cari ilin ilk 3 ayında Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 24,2 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvar-mart aylarında ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 8,7 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.